Baku - 13th Outreach Session

Baku - 13th Outreach Session of European Youth Parliament Azerbaijan, that takes place on 6-7th of December

Sat, 6 Dec. 2025 – Sun, 7 Dec. 2025


Debates

CULT

Vidi, fasonu olsa da Yevropeyski: Şəhərin 'tarixi irs' kimi təyin olunan hissələrini müəyyən edən Bakı 2040 Baş Planının qəbul edilməsi fonunda, bəzi ərazilərin, məsələn məşhur ‘Sovetski’nin sökülməsi ilə bağlı son müzakirələr ictimaiyyətdə və mediada tənqidlərə səbəb olmuşdur. Azərbaycan, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə, bu tənqidləri necə aradan qaldıra və qərarvermə prosesini daha şəffaf və iştiraka-açıq edə bilər?

EMPL

Cavanlıq Əldən Gedir: 'Qloballaşmanın' təsiri nəticəsində Azərbaycan gənclərinin böyük bir qismi daha yaxşı iş və təhsil axtarışı zamanı ölkəni tərk edir və bu, yüksək ixtisaslı kadr çatışmazlığını dərinləşdirir. Azərbaycan necə dəstək verici iş mühiti yarada və vətəndaşları ölkə daxilində işləməyə təşviq edə bilər?

FEMM

Qapısı bağlı sığınacaqlar: Avropa İttifaqının genderə əsaslanan zorakılıqla mübarizəyə yönəlmiş çoxsaylı strategiyalarına baxmayaraq, Azərbaycan daxil olmaqla bir çox ölkədə hələ də kifayət qədər sığınacaq və dəstək strukturları mövcud deyil. Avropa və qonşu ölkələrin hökumətləri yerində olan müdafiyə strukturlarının zərərçəkmişlər üçün real təhlükəsizlik mənbəyinə çevrilməsini necə təmin edə bilər?

JURI

Görünməz Nifrət, Görünən Yaralar: Onlayn müstəvidə artan aqressiya, ayrı-seçkilik və azlıqlara qarşı nifrət ritorikası getdikcə daha çox real həyatda faciəli nəticələrə səbəb olur, insanların gündəlik həyatına mənfi təsir göstərir. Bu şəraitdə, Avropa İttifaqı və onun qonşu ölkələri ifadə azadlığını qoruyaraq eyni zamanda onlayn təhlükəsizliyi təmin edən balanslı və effektiv qanunvericilik çərçivələrini necə formalaşdıra bilər?

REGI

Ekstremal Hava, Ekstremal Həllər: Bakı şəhərində qar və güclü yağışlar nəticəsində şəhərdaxili hərəkətin tez-tez iflic olması, həmçinin müasir tələblərə uyğun olmayan drenaj, nəqliyyat və fövqəladə hallar sistemlərinin artan yüklənməyə tab gətirməməsini nəzərə alaraq, Avropa ittifaqı şəhərin ekstremal hava şəraitinə davamlı infrastrukturu qurmasına necə dəstək göstərə bilər?

SANT

Bir dəfədən heçnə olmaz: Son illərdə media və cəmiyyətdə artan narkotik qaçaqmalçılığı, xüsusilə də yeniyetmələr və yetkinlik yaşına çatmayanlar arasında narkotiklərin yayılması ilə bağlı müzakirələri nəzərə alaraq, Azərbaycan bu tendensiyaya necə qarşı çıxa bilər, bununla yanaşı, ictimai maarifləndirməni artırmaq, narkomaniyadan müalicə üçün reabilitasiya mərkəzləri yaratmaq və narkotik qaçaqmalçılığı ilə bağlı korrupsiya halları ilə necə mübarizə aparıla bilər?

Points Made Summary

Voting Summary

Totals

Total Points:

Minutes Per Point:

Total Votes:

Total In Favour:

Total Against:

Total Abstentions:

Total Absent: